[b]Lionel Messi het-trik edib, əfsanəvi futbolçulara çatdı - VİDEO[/b]
19.01.2015 - 02:08
[b]Lionel Messi het-trik edib, əfsanəvi futbolçulara çatdı - VİDEO[/b]

İspaniya La Liqasının XIX turu çərçivəsində səfərdə “Deportivo” ilə matçda het-trik edən “Barselona”nın hücumçusu Lionel Messi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü karyerasında 33-cü dəfə bir oyunda 3 qola imza atıb.

 

Bu het-triklərdən 22-si isə İspaniya çempionatında qeydə alınıb.

 

Bununla da Messi “Atletik”in sabiq hücumçusu Telmo Sarra və “Real”ın əfsanəvi forvardı Alfredo di Stefanoya çatıb.  

 

Qeyd edək ki, Messi hazırda La Liqada yalnız "Real"ın hücumçusu Kriştianu Ronaldodan geri qalır. Portuqaliyalının hesabında 23 het-trik var. 

0