Azərbaycan millisi Macarıstan sindromunu qırıb. Apasport.az saytının məlumatına görə, 19 yaşadək futbolçulardan ibarət yığmamız tarixində ilk dəfə bu ölkədən olan rəqibindən xala ala bilib.
Avropa çempionatlarının seçmə mərhələlərində 4 dəfə macarıstanlılarla üz-üzə gələn komandamız bütün matçlarda uduzmuşdu. Bu oyunlarda cəmi 1 top vurub, 11 qol buraxan millimiz 5-ci cəhddən uğursuz rəqibdən xal qoparıb.
Macarıstanda keçirilən seçmə mərhələnin 4-cü qrupunun oyununda qeydə alınan 1:1 hesablı heç-heçə həm də yığmamızın Avropa miqyaslı yarışda yubiley – 10-cu heç-heçəsi olub. Bərabərlik topunun müəllifi Budaq Nəsirov isə millimizin seçmə mərhələlərdə 50-ci qolunu vurub.
Qeyd edək ki, hesabında 61 matç olan yığmamız 12 qələbə qazanıb, 39 dəfə məğlub olub və 140 qol buraxıb.
- Kerem Demirbaydan “Qalatasaray” açıqlaması
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB