“Rəqib layiqli qələbə qazandı, çox pis oynadıq. Hesab arasındakı fərq 5-6 top da ola bilərdi. Komandamız yox dərəcəsində idi”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Topaz Premyer Liqasının XXII turunun Zaqatalada keçirilən matçında “Simurq” bu il ilk qələbəsini qazanıb. Meydan sahibləri “Sumqayıt”ı 4 cavabsız qolla məğlub edib.
Görüşdən sonra keçirilən mətbuat konfransında “Simurq”un gürcüstanlı baş məşqçisi Georgi Çixradze ardıcıl yenilgilərdən sonra qələbənin yerinə düşdüyünü söyləyib: “Komandaya oyuna və qələbəyə görə təşəkkür edirəm. Oyuna yaxşı hazırlaşmışdıq. İlk hissənin başlanğıcında qol vurduq, oyuna yaxşı başladıq. Ardıcıl 3 məğlubiyyətdən sonra yaxşı oyunla qələbə qazandıq”.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi