Fransalı futbolçu “Atletiko”nun hədəfində
19.02.2014 - 01:14
“Atletiko” “Valensiya”nın müdafiəçisi Əli Sissokonu heyətinə qatmaq istəyir. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatı xəbər yayıb.
Belə ki, Madrid klubu mövsüm sonu müdafiə xəttinin solunda çıxış edən Felipe Luislə yolları ayıraraq, onun mövqeyinə 26 yaşlı fransalını gətirmək fikrindədir.
Qeyd edək ki, Fransa millisinin də üzvü olan Seneqal əsilli futbolçu 2009-cu ildə ölkəsinin “Lion” klubundan “Valensiya”ya keçib. O, ötən il icarə əsasında İngiltərə “Liverpul”unda çıxış edib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0