Hücumçumuz oynadı, komandası 2 pillə irəlilədi
19.02.2014 - 20:58
Millimizin hücumçusu Branimir Subaşiçin şərəfini qoruduğu “Orduspor” növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Türkiyə çempionatının I divizionunda mübarizə aparan komanda XXVI tur çərçivəsində səfərdə “İstanbul BB” ilə üz-üzə gəlib.
Subaşiçin start heyətdə meydana çıxdığı qarşılaşma “Orduspor”un 1:0 hesablı qələbəsi ilə başa çatıb. Hücumçumuz 83-cü dəqiqədə Ufukhan Bayraktarla əvəzlənib.
Qeyd edək ki, “Orduspor” bu qələbə ilə xallarının sayını 49-a çatdıraraq, 4-dən 2-ci pilləyə yüksəlib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0