Müdafiəçimiz oynadı, komandası 1 qolla məğlub oldu
16.02.2014 - 23:46
Bu gün millimizin futbolçusu Ufuk Budak Türkiyə PTT I Liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, onun şərəfini qoruduğu “Qaziantep BB” XXV turda səfərdə “Balıkesirspor”la üz-üzə gəlib.
Görüş ev sahibi komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Müdafiəçimiz isə bu matçda start heyəti ilə meydana çıxıb. O, oyunun 74-cü dəqiqəsində Sinan Özkanla əvəzlənib. Ufuq 20-ci dədiqədə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, “Qaziantep BB” bu matçdan sonra 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
0
0