Sxadadzeyə lazım olmadı, “Atletiko”ya keçdi
19.02.2014 - 11:13
Qış fasiləsində Bakının “İnter” klubundan ayrılan Joao Paulo özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 26 yaşlı braziliyalı müdafiəçi karyerasını vətənində davam etdirəcək.
Baş məşqçi Kaxaber Sxadadzeyə lazım olmayan arxa xətt oyunçusu Sorokaba “Atletiko”suna keçib. Joao Paulonun keçidi Braziliyada “transfer pəncərəsi”nin son günündə gerçəkləşib. Müdafiəçinin yeni klubu San-Paulu ştatının çempionatında çıxış edir.
Qeyd edək ki, braziliyalı futbolçu Topaz Premyer Liqasının ilk yarısında cəmi 5 matç keçirib.
- “Bavariya”nın baş məşqçisi xəstəxanadan buraxıldı – Qayıdacağı tarix bəlli oldu
- Sergen Yalçının zənglərinə cavab verməyən futbolçular – TFF-dən açıqlama
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
0
0