Müxtəlif yaş qruplarından ibarət Azərbaycan yığma komandalarında çalışan bir qrup məşqçi Almaniyada səfərdə olub. Apasport.az saytının xəbərinə görə, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Təbriz Həsənov, U-19 qızlar yığmasının baş məşqçisi Patrisiya Qonzales, bu komandanın fiziki hazırlıq üzrə məşqçisi Rikardo Da Silva və yığma komandaların qapıçı məşqçiləri üzrə koordinatoru Viktor Miqel Fernandes səfər çərçivəsində Münhenə də baş çəkiblər. Onlar "Bavariya" klubunun bazası ilə tanış olub, komandanın baş məşqçisi Xosep Qvardiola ilə görüşüb, məşq prosesini izləyib, fikir nübadiləsi aparıblar.
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir