“İki fərqli hissə gördük. İlk hissədə həm hesab, həm oyun bizi qane etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin deyib.
Rusiyalı mütəxəssis Topaz Premyer Liqasının XXI turunun “Xəzər Lənkəran”la ev oyunundakı 2:3 hesablı məğlubiyyəti şərh edib: “İkinci hissədə buraxılan ilk qoldan sonra komanda əsəbi oynadı, oyuna nəzarəti itirdik. Müdafiədə diqqətsiz oynadıq, səhvlər məğlubiyyətə gətirdi. Marat İzmaylov ağıllı ötürmələr verir. Subotiçin ikinci qolunda ötürməni də İzmaylov vermişdi. Ona görə də onu əvəzləmək istəmədim”.
Mənbə: pfl.az
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir
- Ruben Amorim Bruno Fernandeşi “Milan”a gətirmək istəyir
- “Liverpul”a uduzan Xabi Alonso: “Bu, bizim üçün əhəmiyyətsiz turnirdir”
- İngiltərə Liqa Kuboku: “Çelsi” “Liverpul”la bacarmadı
- “Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu