Xulen Lopeteqi İngiltərə klubunu çalışdıracaq
23.05.2024 - 14:57
Xulen Lopeteqi İngiltərə klubunu çalışdıracaq

İngiltərənin "Vest Hem" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Devid Moyesi Xulen Lopeteqi əvəzləyib. 

Qeyd edək ki, Lopeteqinin son iş yeri İngiltərənin "Vulverhempton" klubu olub. O, daha əvvəl İspaniya millisi, "Real" (Madrid), "Sevilya", "Portu", "Rayo Valyekano" klublarının baş məşqçisi olub.

0