Yamal və Levandovski sıradan çıxıb
11.11.2024 - 20:25

"Barselona"da ciddi itkilər baş verib.
Apasport.az xəbər verir ki, Kataloniya təmsilçisinin 2 futbolçusu zədələnib.
Robert Levandovski və Lamin Yamal sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yamal 2-3 həftə məşq prosesindən uzaq qalacaq. Levandovskinin bərpa prosesi isə 10 gün çəkəcək.
0
0