İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted” yayda hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, komanda “İpsviç”in forvardı Liam Delapı transfer etmək isyətir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” artıq futbolçunun komandası ilə görüşmələr keçirib.
22 yaşlı ingiltərəli ilə “Yunayted”dən başqa, “Çelsi”, “Nyukasl Yunayted” və “Tottenhem” klubları yaxından maraqlanır.
Xatırladaq ki, futbolçu "Mançester Siti" yetirməsidir və onun hazırki müqaviləsində "şəhərlilər"in 10 milyon funt-sterlinqlik satınalma bəndi yer alır.
Qeyd edək ki, Delap bu mövsüm “İpsviç”in heyətində çıxış etdiyi 32 rəsmi matçda 11 qol, 2 assistlə yadda qalıb. Onun Premyer Liqa təmsilçisi ilə müqaviləsi 2029-cu ildə başa çatacaq.
- Osimhen dubl etdi - NİGERİYA DÇ-nin bir addımlığında
- Türkiyə klubu 5 futbolçusu ilə yollarını ayırdı - mərc oyunlarında iştirak etdiklərinə görə
- Rafa Silva pensiyaya çıxır? - "Beşiktaş"dan açıqlama
- Mançininin yeni iş yeri bəlli olub
- Mərc qalmaqalı: Eren Elmalı və Metehan Baltacının cəzaları bəlli oldu