"Yunayted"dən 75 milyon avroluq transfer - RƏSMİ
22.07.2025 - 09:53
"Yunayted"dən 75 milyon avroluq transfer - RƏSMİ

“Mançester Yunayted” hücum xəttini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford" forması geyinən Brayan Mbemonu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasında razılaşmaya əsasən, "Yunayted" bu keçid üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək. 25 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Kamerun millisinin üzvü yeni komandasında 19 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, “Mançester Yunayted” bundan əvvəl “Vulverhempton”dan Mateus Kunyanı 74,2 milyon avroya transfer etmişdi.