“Yuventus” İtaliya kubokunun qalibi oldu
16.05.2024 - 02:02

İtaliya kubokunun qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, həlledici qarşılaşmada “Yuventus”la “Atalanta” üz-üzə gəlib.
“Olimpiko” stadionunda baş tutan oyun "qoca sinyora"nın minimal hesablı qələbəsi ilə başa çatıb.
Bu, Turin klubunun tarixində qazandığı 15-ci İtaliya Kubokudur.
Atalanta – Yuventus 0:1
Qol: Vlahoviç, 4.
1
0