İtaliya A Seriyası təmsilçilərindən “Yuventus”da işlər yolunda getmir.
Apasport.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” son 5 görüşdə yalnız 1 qələbə qazanıb.
Bunun başlıca səbəblərindən biri, mərkəz müdafiəçisi Bremerin mövsümün əvvəlində zədələnməsidir.
Qış "transfer pəncərəsi"ndə mərkəz müdafiəçisi axtarışlarını artıran “Yuventus” üçün 2 oyunçu təklif edilib. Bunlar, “PSJ”dən Milan Şkrinyar və “Tottenhem”dən Radu Draquşindir.
Hər iki futbolçu hazırkı klublarında istədikləri qədər oynaya bilmədiklərinə görə, İtaliya təmsilçisinin maraq dairəsindədirlər. “Yuventus” oyunçulardan birini mövsümün sonuna kimi icarə əsasında heyətinə cəlb etmək istəyir.
Qeyd edək ki, “ağ-qaralar” A Seriyasında keçirdiyi 10 oyundan sonra, 18 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.