Zaniolo ölkəsinə qayıdır
05.07.2024 - 18:00

“Qalatasaray” italiyalı futbolçu ilə yollarını ayırıb.
Apasport.az məlumat verir ki, “Aslanlar” Nikolo Zaniolonu “Atalantaya” icarəyə verib.
Seriya A təmsilçisi icarə üçün türklərə 6,4 milyon avro ödəyəcək. Zaniolo “Atalanta”ya transfer olunacağı təqdirdə, “Qalatasaray”ın büdcəsinə 15,5 milyon avro daxil olacaq.
Qeyd edək ki, Zaniolo “sarı-qırmızılar”ın heyətinə 2022-ci ildə qoşulub, 1 il sonra isə “Aston Villa”ya icarəyə göndərilib.
0
0