Türkiyənin İstanbul şəhərində WSF versiyasında təşkil edilən karate üzrə Şotokan Dünya çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, 19 ölkədən 1300 idmançının iştirak etdiyi yarışda ölkəmiz həm də 10 deflimpiyaçı ilə təmsil olunub.
Komandamız Dünya Çempionatında tarixi nəticə əldə edərək ümumilikdə 3 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.
Karateçilərimiz Hikmət Ağayev (+18 yaş, -75 kq, kumite), Sahib Sahibli (+18 yaş, +75 kq, kumite) , Yusif Əzimzadə (14–17 yaş, -60 kq, kumite) inamlı qələbə qazanaraq qızıl medallara yiyələniblər.
Aytən Qədirova (kata) və Nizaməddin Əzimzadə (14–17 yaş, -60 kq, kumite) Dünya çempionatını gümüş medallarla başa vurublar.
Komandamızın heyətində Əliəkbər Əlizadə (+18 yaş, -75 kq, kumite) və Elnur Qasımzadə (+18 yaş, +75 kq, kumite) bürünc medal qazanıblar.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər