"Rafael Ağayevin bu addımı atacağını gözləmirdim".
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev 2024-cü ilin yekunları və mükafatlandırma mərasimində çıxışı zamanı deyib.
Musayev Rafael Ağayevlə münaasibətlərinin yaxşı olduğunu bildirib:
"O, mənim evimdə qalıb, yaşayıb. Tələbəm kimi, oğlum kimi olub. Belə müsahibə verəcəyini gözləmirdim. Bu federasiyanı biz birləşib, əl-ələ verərək yaratmışıq. Hər kəs indi istəyir müstəqil olsun. Biz birlikdə möhkəm olmalıyıq. Hamının çıxışına fikir vermək lazım deyil. Hamı bilir ki, kim kimdir və kim nə istəyir..."
Qeyd edək ki, Rafael Ağayev daha əvvəl mətbuata müsahibəsində federasiya tərəfindən dəyər görmədiyini və iclaslara dəvət edilmədiyini bildirmişdi.
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
- Karateçilərimiz Frankfurtdan Vətənə dönüblər