Karateçilərimiz 52-ci Avropa çempionatında iştirak edəcəklər
05.02.2025 - 11:33
Azərbaycanın yeniyetmə və gənc karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, 28 nəfərdən ibarət heyət baş məşqçi Anar Allahverdiyev, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi altında kumite və kata növlərində mübarizə aparacaq.
Beynəlxalq dərəcəli referilər Cahangir Babayev və Rənad Əliyev turnirdə hakim qismində çıxış edəcəklər.
Qeyd edək ki, fevralın 7-də start götürəcək Avropa çempionatı üç gün davam edəcək.
- Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar
- Karate1 Premyer Liqa: İrina Zaretskadan qızıl medal
- Azərbaycanın kyokuşin karate yığması Avropa çempionatında mübarizə aparacaq
- Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
- Parakarate Komitəsinin sədri WSF-nin vitse-prezidenti seçildi
0
0