“Amed” səfərdə qalib gəldi, LİDERLİYƏ YÜKSƏLDİ
24.10.2026 - 22:45
“Amed” səfərdə qalib gəldi, LİDERLİYƏ YÜKSƏLDİ

Türkiyə Super Liqasında IX turun növbəti qarşılaşmaları keçirilib.

Apasport.az xəbər verir ki, gün ərzində üç matç baş tutub.

“Eyüpspor” doğma meydanda “Kasımpaşa”ya 0:1 hesabı ilə məğlub olub.

“Qaziantep” də öz meydanında xal qazana bilməyib. Meydan sahibləri “Erzurumspor”a 1:3 hesabı ilə uduzublar.

Günün son qarşılaşmasında isə “Amedspor” səfərdə “Samsunspor”u 2:1 hesabı ilə məğlub edib.

Aktivində 20 xal olan "Amed" liderliyə yüksəlib. Bir oyun az keçirən "Qalatasaray" 19 xalla ikinci pillədə qərarlaşıb.