La Liqa: Mbappe “Real”a 3 xalı qazandırdı
20.10.2025 - 00:57

İspaniya La Liqasının IX turunun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Elçe” doğma meydanda “Atletik”i qəbul edib.
Gərgin keçən qarşılaşma qolsuz bərabərliklə başa çatıb – 0:0.
Digər oyunda isə “Real Madrid” səfərdə “Xetafe” ilə üz-üzə gəlib.
Kilian Mbappenin 80-ci dəqiqədə vurduğu qol “kral klubu”na minimal hesablı qələbə qazandırıb – 1:0.
İspaniya La Liqası
IX tur
16:00. "Elçe" - "Atletik" - 0:0
18:15. "Selta" - "Real Sosyedad" - 1:1
20:30. "Levante" - "Rayo Valyekano" - 0:3
22:45. "Xetafe" - "Real Madrid" - 0:1
0
0