Millimizin üzvü oynamadı, komandası məğlub oldu
04.12.2025 - 22:24
Millimizin üzvü oynamadı, komandası məğlub oldu

Albaniyada futbol üzrə ölkə çempionatının XIV turunun oyunları davam edir.

Apasport.az xəbər verir ki, azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” doğma meydanda “Flamurtari” ilə qarşılaşıb.

Oyun qonaqların minimalhesablı qələbəsi ilə başa çatıb - 1:0. Zamiq bu matçda meydana çıxmayıb.

Qeyd edək ki, “Eqnatiya” 25 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.