Premyer Liqa: “Arsenal” autsayderlə bacarmadı
19.02.2026 - 02:00
İngiltərə Premyer Liqasında XXXI turun ilk oyunu keçirilib.
Apasport.az xəbər verir ki, lider "Arsenal" səfərdə autsayder "Vulverhempton"la qarşılaşıb.
Gərgin keçən oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Görüşdə qalib müəyyənləşməyib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, "Arsenal" 58 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 10 xalı olan "Vulverhempton" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.
0
0