Premyer Liqa: Autsayder mövsümdə ilk qələbəsini qazanıb
03.01.2026 - 23:25
Premyer Liqa: Autsayder mövsümdə ilk qələbəsini qazanıb

İngiltərə Premyer Liqasında XX turun oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, günün ilk matçında “Aston Villa” öz meydanında “Nottingem Forest”lə üz-üzə gəlib.

Qarşılaşma ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Autsayderlərin duelində isə “Vulverhempton” evdə “Vest Hem”i 3 cavabsız qolla məğlub edib – 3:0. Komanda bu nəticə ilə mövsümdə ilk qələbəsini qazanıb.

Lider “Arsenal” isə “Bornmut” səfərindən 3 xalla qayıdıb. “Topçular” gərgin keçən qarşılaşmada rəqibini 3:2 hesabı ilə məğlub etməyi bacarıb.