“Qalatasaray”ın matçını idarə edən hakimin ürəyində problem yaranıb
22.04.2025 - 22:14

Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, "Qalatasaray" "Konyaspor"la qarşılaşır.
Matçdan öncə xoşagəlməz hadisə yaşanıb.
Oyundan öncə görüşün baş hakimi Abdullah Buğra Taşkınsoyun ürəyində problem yaranıb.
Onu dördüncü hakim Ali Yılmaz əvəz edib.
Qeyd edək ki, hazırda davam edən matçda "Qalatasaray" 1:0 hesabı ilə öndədir.
0
0