Super Liqa: “Fənərbaxça”dan möcüzəvi qələbə
08.03.2026 - 23:06
Türkiyə Super Liqasında XXV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün son matçı İstanbulda baş tutub.
“Fənərbaxça” öz meydanında “Samsunspor”u qəbul edib. Gərgin keçən görüşün ilk hissəsi qonaqların 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra hücumlarının sayını artıran “sarı-lacivərdlilər” Dorgeles Nene və Sidiki Şerifin vurduğu qollar sayəsində 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 61 xalla “Qalatasaray” başçılıq edir. Aktivində 57 xal olan “Fənərbaxça” ikinci, 51 xala malik “Trabzonspor” isə ilk üçlüyü tamamlayır.
0
0