Super Liqa: “Qaziantepspor” və “Kasımpaşa”dan evdə qələbə
15.03.2025 - 19:14
Super Liqa: “Qaziantepspor” və “Kasımpaşa”dan evdə qələbə

Türkiyə Super Liqasında XXVIII turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, günün ilk matçında "Qaziantepspor" öz meydanında "Kayserispor"la üz-üzə gəlib.

Görüş ev sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun digər matçında "Kasımpaşa" öz meydanında "Alanyaspor"u 2:1 hesabı ilə məğlub etməyi bacarıb.

Türkiyə Super Liqası
XXVIII tur

14:30. “Qaziantepspor” - “Kayserispor” - 1:0
17:00. “Kasımpaşa” - “Alanyaspor” - 2:1