"Trabzonspor" finalda "Qalatasaray"a rəqib oldu
24.04.2025 - 23:31
"Trabzonspor" finalda "Qalatasaray"a rəqib oldu

Futbol üzrə Türkiyə kubokunda növbəti finalçı müəyyənləşib.

Apasport.az xəbər verir ki, "Trabzonspor" həlledici matçda "Qalatasaray"ın rəqibi olub.

Qara dəniz təmsilçisi yarımfinalda "Göztepe" ilə qarşılaşıb. 

Matçın ilk yarısı qolsuz bərabərliklə nəticələnib. İkinci hissədə Ozan Tufan "bordo-mavilər"i hesabda önə çıxarıb. Görüşün sonlarında Aleksandr Zubkov komandasının qələbəsini rəsmiləşdirib - 2:0.

Türkiyə kubokunun final matçı mayın 14-də keçiriləcək.

Türkiyə kuboku
Yarımfinal mərhələsi
24 aprel

"Trabzonspor" - "Göztepe" 2:0