[b]Hovuzda və yataqda poza verən qızlar Bakıya gələcək[/b] - FOTOSESSİYA
23.11.2015 - 17:10
[b]Hovuzda və yataqda poza verən qızlar Bakıya gələcək[/b] - FOTOSESSİYA

“Telekom”un Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Dresdner” təmsilçimizlə oyun öncəsi diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, Almaniya klubunun voleybolçuları yeni ilin təqvimi üçün poza veriblər.

 

Noyabrın 25-də Qoran Qayiçin yetirmələri ilə doğma divarlar arasında üz-üzə gələcək Bundesliqanın qalibinin 13 oyunçusu bu layihədə iştirak edib. Ameli Yehmiliçin fotoobyektinə tuş gələn gözəllər müxtəlif pozalarda yaxalanıb.

 

2 müxtəlif oteldə saunada, hovuzda, yataqda, qəhvə içərkən otaqda kamera önünə keçən voleybolçular öz pərəstişkarlarına açıq-saçıq şəkillərini hədiyyə ediblər.

 

Artıq satışa çıxarılan 2016-cı ilin təqvimi 2 müxtəlif qiymətə satışa çıxarılıb. Voleybolçuların avtoqrafı olan təqvim 25, avtoqrafsız isə 20 avrodu.

 

Qeyd edək ki, “Dresdner” “Telekom”la Bakıdakı cavab matçına isə dekabrın 10-da çıxacaq.