“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda bu gün növbəti matçına çıxacaq.
Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi V turda İsrailin "Etude Ramat Qan Dov Porat Memorial" klubu ilə üz-üzə gələcək.
Şahmatçılarımız əvvəlki dörd turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” (3,5:2,5) və İsveçrənin "Riksen" (4:2) kollektivlərini üstələyib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar.
"Vüqar Həşimov" klubu 4 turdan sonra 6 xalla 16-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, ümumilikdə 84 klubun yarışdığı Avropa Kubokunda 7 tur oynanılacaq. Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abasov Türkiyənin “Bayegan Pendik Chess”, Günay Məmmədzadə və Gövhər Beydullayeva Serbiyanın “Sirmium Sremska Mitrovitsa”, Ülviyyə Fətəliyeva isə Rumıniyanın “Super Chess” klublarında çıxış edirlər.
- Dünya çempionatı: Qadınlardan ibarət Azərbaycan millisi finalda
- Dünya çempionatı: Millimiz yarımfinalda heç-heçə edib
- "Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib
- Şahmatçılarımız dünya çempionatının 1/4 finalına yüksəlib - FOTO
- Azərbaycanı dünya çempionatında 14 şahmatçı təmsil edəcək