201 əmsallıq uğurun bir addımlığında
13.07.2023 - 21:37
201 əmsallıq uğurun bir addımlığında

Çexiyalı tennisçi Marketa Vondrouşova Uimbildon tennis turnirinin finalına yüksəlib.

Apasport.az-ın məlumatına görə, turnir start götürəndə onun qələbə 201.0 əmsala bərabər olub.

Çexiyalı raketka ustası çoxlarının gözləmədiyi halda həlledici matçda oynamaq hüququ qazanıb. Hazırda reqtinq cədvəlində 42-ci yerdə qərarlaşan Vondrouşova ilk dəfə Böyük Dəbilqə seriyasında olan yarışının finalında mübarizə aparacaq. O, bu gedən yolda Marketa 6 rəqibə - Sterns, Kudermetova, Vekiç, Buzkova, Pequla və Svitolinaya qalib gəlib.

Qeyd edək ki, Vondrouşovanın finaldakı rəqibi Ons Jaber olacaq.
 

0