Sabalenka Madridin çempionu
06.05.2023 - 23:50
Sabalenka Madridin çempionu

ATP Madrid tennis turnirində qadınların mübarizəsində qalib müəyyənləşib.

Apasport.az-ın məlumatına görə, belaruslu Arina Sabalenka çempion tutulunu qazanıb.

Turnirin finalında dünya reytinq cədvəlinin ilk iki pilləsində qərarlaşan tennisçilər qarşılaşıblar. Polşalı İqa Şvyontek favorit hesab olunsa da, 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, Sabalenka bu mövsüm nüfuzlu Australian Opendə çempion tiltuluna yiyələnib.
 

0