Yarımfinal sindromu
04.05.2023 - 20:54
Yarımfinal sindromu

Yunanıstanlı tennisçi Mariya Sakkarini yarımfinal sindromu var.

Apasport.az məlumat verir ki, 27 yaşlı idmançı növbəti dəfə finalın bir addımlığında mübarizəni dayandırıb.

Madrid turnirində Sakkari belaruslu Arina Sabalaenkaya uduzub. Yunan raketka ustası hər iki setdə rəqibindən zəif olub. O, ümümiyyətlə, son 20 yarımfinalın 15-də kortu məğlub tərk edib.

Qeyd edək ki, Sakkari karyerasında yeganə qələbəni 2019-cu ildə Rabatda qazanıb.
 

0