İspaniyanın “Albasete” klubunun Bakıya gələcəyi dəqiqləşdi
22.01.2009 - 19:36
Azərbaycanın qadın voleybolçulardan ibarət “Rabitə” klubu “Çelenc Kuboku” turnirinin 1/4 finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, komandamız bu gün Bakı İdman Sarayında “Drzedner”ə (Almaniya) qalib gəlib.
“Rabitə” 1/8 finalın ilk görüşündə 1:3 hesabı ilə uduzmuşdu. Buna baxmayaraq, voleybolçularımız cavab oyununda layiqli çıxış edərək, 3:0 (25:21; 25:14; 32:30) hesablı qələbə qazanıblar. Paytaxt təmsilçisi gələn ay 1/4 finalda İspaniyanın “Albasete” klubu ilə qarşılaşacaq.

0
0