Azərbaycanın ən gözəl voleybolçusu necə sevindi?
23.01.2009 - 12:00
Azərbaycanın ən gözəl voleybolçusu necə sevindi?
Azərbaycan voleybol yığmasının üzvləri Oksana Parxomenko və Valeriya Korotenko böyük uğur qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlilərimiz “Fənərbaxça Acıbadem” klubunun heyətində Avropa Voleybol Konfederasiyasının Kuboku uğrunda yarışın “Dördlər finalı”na yüksəlib.

“Fənərbaxça Acıbadem” Rusiya “Spartak”ını hər iki oyunda məğlub edərək (3:1; 3:0), bu nailiyyətə imza atıb. Nəticədə İstanbul təmsilçisi tarixində ilk dəfə “Dördlər finalı”nda iştirak hüququna yiyələnib.

Buna görə də “Fənərbaxça” üzvlərinin, o cümlədən Parxomenko və Korotenkonun sevincini başa düşmək çətin deyil. İstanbulda keçirilən cavab görüşündən sonra xüsusilə Azərbaycanın ən gözəl voleybolçusu Korotenko hamıdan çox sevinib. Onun qələbəni komanda yoldaşları, azarkeşlərlə bayram etdiyi anlar fotoobyektivlərdən qaçmayıb.
0