Natalya Məmmədova qrip olsa da, xorvatlara qarşı oynadı
12.02.2009 - 13:16
Natalya Məmmədova qrip olsa da, xorvatlara qarşı oynadı
Azərbaycan voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Türk Telekom” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb. Apasport.az saytının məlumatına görə, Ankara təmsilçi yarışın pley-off mərhələsində Xorvatiyanın “Rijeka Kviq” klubunu 3:0 (25:15; 25:19; 25:21) hesabı ilə məğlub edib.

Natalyanın səhhəti pis olsa da, bu görüşdə forma geyinib. Bu yaxınlarda diz nahiyəsindən əməliyyat keçirən 25 yaşlı voleybolçumuz üstəlik qripə yoluxub. Ancaq görüşün vacibliyini və heyətdəki itkiləri nəzərə alan “Türk Telekom”un baş məşqçisi Məmmədovanın xidmətindən yararlanıb.

Sözügedən komandalar arasında cavab matçı fevralın 19-da Xorvatiyanın Rijeka şəhərində keçiriləcək. İki görüşün ümumi nəticəsinə əsasən, qalib gələn tərəf “Dördlər finalı”ndan əvvəlki mərhələyə yüksələcək.
0