Azərbaycan “Dördlər finalı”nda olmayacaq
19.02.2009 - 01:00
Azərbaycan “Dördlər finalı”nda olmayacaq
Qadın voleybolçular arasında keçirilən “Çelenc kuboku” turnirinin 1/4 final mərhələsində cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanın yeganə təmsilçisi “Rabitə” İspaniyada “Albasete” klubu ilə qarşılaşıb.

Fransalı Yanik Çaladay və slovakiyalı Frank Xrovatın idarə etdiyi görüşdə meydan sahibləri 3:1 (25:23, 20:25, 25:16, 25:16) hesablı qələbə qazanıb. İlk matçda da ispanlar eyni hesabla qalib gəldiyindən, komandamız mübarizəni dayandırıb, əvəzində “Albasete” “Dördlər finalı”na yüksəlib.
0