Natalya Məmmədova Xorvatiyanı fəth edib Moskvaya yollanır
20.02.2009 - 12:12
Azərbaycan voleybolçusu Natalya Məmmədovanın formasını geyindiyi “Türk Telekom” Çempionlar Liqasının “Dördlər finalı”na vəsiqə qazanmağa çox yaxındır. Apasport.az saytının məlumatına görə, türkiyəlilər ilkin pley-off mərhələsində Xorvatiyanın “Rijeka Kviq” klubunu məğlub edib.
İlk matçda olduğu kimi, “Türk Telekom” səfərdə də rəqibinə eyni hesabla qalib gəlib - 3:0 (25: 17; 25:19; 25:13). Qələbədə Natalya da böyük rol oynayıb. O, 9 dəqiq zərbə ilə komandasına ən çox xal qazandıranlardan biri olub.
“Türk Telekom” “Dördlər finalı”na yollanmaq üçün son həddi - Moskva “Dinamo”sunu da aşmalıdır. Rusiyalılarla oyunlar gələn ay baş tutacaq.

0
0