Çılpaq soyunan basketbolçu “Beşiktaş”dan qovuldu - FOTO
10.03.2009 - 13:28
Serbiyalı basketbolçu xanım Miliça Daboviç öz əməllərinin cəzasını çəkir. Apasport.az saytının məlumatına görə, nüfuzlu kişi jurnalı FHM üçün çılpaq soyunan Miliça şərəfini qoruduğu “Beşiktaş” klubundan qovulub. İstanbul komandasının rəhbərliyi onu çılpaq pozalar verdiyi üçün bağışlamayıb.
Artıq Daboviç yeni iş yeri tapıb. Bundan sonra o, Türkiyənin “Numberone” (“Bir nömrə”) telekanalında “Hip-Hop R&B Top 10” musiqi verilişini aparacaq. Ssenariyə əsasən, Miliça ingiliscə aparıcılıq edəcək və onun sözləri türkcə tərcümə olunaraq, ekranda titrlər vasitəsilə göstəriləcək.
Seksual oyunçu yeni peşəsi haqda bunları deyib: “Musiqini də basketbol qədər sevirəm. Bu səbəbdən aparıcılıq təklifi ilə tərəddüd etmədən razılaşdım. Gəncləri ekran başında çoşduracağam”.
Həmçinin, çılpaq pozalar verməsinə də toxunan Daboviç özünə bəraət qazandırıb: “Mənim bədənimdə döymələr var. Bir dostumla mərcə girmişdim. Mərci uduzdum və döymələrimi göstərmək məcburiyyətində qaldım...”.
Qeyd edək ki, 8 illik basketbolçu karyerası olan Miliça Serbiya, Rusiya və Fransa klublarında da oynayıb.

0
0