Yığmamız Hollandiyaya qarşı
27.06.2009 - 23:39
Yığmamız Hollandiyaya qarşı
Bu gün Rusiyanın birinci prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş beynəlxalq voleybol turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması ənənəvi yarışın qrup mərhələsində Kuba, Hollandiya və Rusiya milli komandaları ilə mübarizə aparacaq. Faiq Qarayevin başçılıq etdiyi yığmamız ilk oyununu bu gün hollandlara qarşı keçirəcək. Voleybolçularımıza sabah Kuba, iyunun 30-da isə meydan sahibləri ilə üz-üzə gələcək. Turnirin mükafatçıları iyulun 2-də bəlli olacaq.
0