Yığmamızın əzmkar qələbəsi
30.06.2009 - 16:34
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rusiyanın Yekaterinburq şəhərində bu ölkənin birinci prezidenti Boris Yeltsinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə üçüncü matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələri ardıcıl iki məğlubiyyətdən sonra, nəhayət, qələbə sevinci dadıblar. Yığmamızın “qurbanı” rusiyalılar olub.
Komandamız meydan sahibləri üzərində əzmkar qələbə qazanıblar - 3:2 (15:25, 12:25, 25:18, 25:16, 15:9). Nəticədə voleybolçularımız 6 kollektivin iştirak etdiyi yarışda 4-cü yerə yüksəliblər. Turnir iyulun 2-də başa çatacaq.
Xatırladaq ki, yığmamız ilk oyunda Hollandiyaya (2:3), ardından Kubaya (1:3) məğlub olmuşdu.

0
0