“Narıncı” məğlubiyyət
18.07.2009 - 23:36
“Narıncı” məğlubiyyət
Qadınlardan ibarət Azərbaycan voleybol yığması növbəti uğursuzluqla üzləşib. Apasport.az saytının məlumatına görə, milli komandamız dünya çempionatının Avropa zonasında təsnifat mərhələsində keçirdiyi növbəti görüşdə də uduzub. Hollandiyanın Alemere şəhərində təşkil olunan yarışın ilk günüdə almanlara yenilən (3:2) voleybolçularımız bu dəfə meydan sahibləri qarşısında aciz qalıblar - 0:3 (20:25, 19:25, 15:25). Komandamız bu gün Sloveniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, reqlamentə əsasən, qrupda birinci və ikinci yeri tutacaq komandalar dünya çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar. Dünya çempionatı gələn il 29 oktyabr - 14 noyabr aralığında Yaponiyada gerçəkləşəcək.
0