Azərbaycan çempionatında yenidən fasilə yaranır
16.02.2011 - 14:03
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II dövrəsinin son turunun keçiriləcəyi tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, sabah baş tutacaq IX turdan sonra çempionatda yenidən fasilə yaranacaq.
Belə ki, fevralın 25-i və ya 26-da keçirilməli olan oyunlar təxirə salınıb. Buna səbəb isə klublarımızın Avrokuboklarda mübarizə aparmasıdır. Bunun üçün də həmin turun qarşılaşmaları martın 7-də keçiriləcək. Amma həmişəkindən fərqli, oyunlar “Sərhədçi” Olimpiya Mərkəzində olmayacaq. Görüşlərin Bakı İdman Sarayında keçirilməsi gözlənilir.
Qeyd edək ki, X turda “Şirvan” - “Rabitə”, “Bakı” - “Lokomotiv” və “Azərreyl” - “İqtisadçı” matçları oynanılacaq.

- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb
- Millimizin kapitanı: “Əsas məqsədimiz növbəti mərhələyə yüksəlməkdir”
- Millimizin Avropa çempionatındakı oyunlarının proqramı açıqlanıb
0
0