“Uraloçka” Bakıdan məğlub ayrıldı
05.09.2011 - 11:14
Avqustun 25-dən Azərbaycanda səfərdə olan Rusiyanın məşhur “Uraloçka” voleybol klubu ölkəmizdə təlim-məşq toplanışını başa vurub. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumatına görə, Nikolay Karpolun yetirmələri Qubada keçdikləri hazırlıqların ardından Bakıda da 2 yoxlama matçında güclərini yoxlayıblar.
Rəqib Azərbaycan milli komandası olub. Qubada 2 görüşdə uduzan və 1 dəfə qələbəyə sevinən “Uraloçka” paytaxtımızda keçirdiyi hər 2 qarşılaşmada məyus olub.
Qeyd edək ki, ruslar artıq vətənlərinə yollanıblar.

- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
0
0