Dünya idmanında nadir hadisə
09.09.2011 - 09:35
2015-ci ildə keçiriləcək basketbol üzrə Avropa çempionatı qeyri-adi hadisəyə səbəb ola bilər. Apasport.az saytının məlumatına görə, qitə birinciliyi eyni zamanda 4 ölkədə təşkil oluna bilər. Belə ki, həmin yarışı keçirmək üçün 4 ölkə ortaq müraciət edib. Fransa, Almaniya, İtaliya və Xorvatiya Avrobasket-2015-i birgə təşkil etməyə qərar verib. Bu, eyni zamanda 4 komandanın birbaşa qitə çempionatında yerini təmin etməsidir. Lakin qitə çempionatında iştirakçıların sayı 24 olması bunun problemə çevrilməsinə imkan verməyəcək.
Əgər ortaq müraciət dəstəklənərsə basketbol tarixində ilk olacaq. İndiyədək qitə çempionatları həmişə 1 ölkədə baş tutmuşdu. Çempionatın 2 ölkədə keçirilməsinə daha çox futbolda rast gəlinib. Daha çox ölkənin təşkilatçılığında rekord isə 1991-ci ildə qeydə alınıb. Həmin vaxt reqbi üzrə dünya kubokunu 5 ölkə keçirib. Lakin Fransa və İrlandiya ilə birgə təşkilatçı olan İngiltərə, Şotlandiya, Uels əslində eyni ölkənin Böyük Britaniyanın tərkibinə daxildir.

- Yelena Parxomenko ilk dəfə beynəlxalq oyuna təyinat alıb
- AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış olublar
- Azərbaycan Yüksək Liqasında IV tura bu gün yekun vurulacaq
- Yüksək Liqa: "Murov Az Terminal"dan inamlı qələbə
- "Gəncə" voleybolçusu ilə müqavilə müddətini uzadıb
0
0