Sanya Staroviç: Hələ gərgin oyunlar qarşıdadır
12.10.2011 - 09:47
“Çox gərgin və maraqlı oyun oldu. Onlar hər mövqedə yaxşı oynamağa cəhd edirdilər və bəzən bu, onlarda çox gözəl alınırdı”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Rabitə” klubunun voleybolçusu Sanya Staroviç deyib.
Azərbaycan çempionunun klublararası dünya çempionatında debütü uğurlu alınıb. Onlar Tailandın “Çanq” komandasını 3:1 hesabı ilə məğlub ediblər. Staroviçin sözlərinə görə, növbəti görüşlərdə daha inamlı təsir bağışlayacaqlar: “Bu bizim ilk oyunumuz idi və hələ gərgin oyunlar qarşıdadır. Fərqli oyun üslubu bizi kifayət qədər çətinə saldı. Onlar hesaba baxmadan yüksək əhval-ruhiyyədə oynayan komandadır. Biz də ilk oyunun həyəcanı müəyyən anlarda hiss etdik. Rəqibə biz az imkan verən kimi çətinliklər yaşadıq, amma sonradan yenidən nəzarəti əlimizə keçirərək, lazım olan qələbəni qazandıq. Qətərdə və Azərbaycanda bizi dəstəkləyən hər kəsə sevgilərimi göndərirəm”.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0