Xorvatiya klubu Azərbaycan çempionu ilə oynamaq üçün Bakıya gələcək
12.10.2011 - 12:54
Qadın həndbolçulardan ibarət Bakının ABU klubunun “Çelenc Cup”ın III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu 1/16 final mərhələsinə vəsiqə uğrunda Xorvatiyanın “Zelina” klubu ilə qarşılaşacaq.
Rəfiqə Şabanovanın yetirmələri ilk matçı noyabrın 5-i və ya 6-da Bakıda, cavab görüşünü isə 1 həftə sonra səfərdə keçirəcək.
Qeyd edək ki, “Zelina” qrup birincisi kimi mərhələ adlayıb. Xorvatlar B qrupunda mübarizə apararaq, “Alavarium” (Portuqaliya) və “Olimpiya”nı (İngiltərə) məğlubiyyətə uğradıblar. Yunanıstan “Panetolikos” klubu isə oyunlara çıxmadığından digər 3 komandaya texniki qələbə verilib.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0