İlk finalçı müəyyənləşdi
13.10.2011 - 12:35
Qadın voleybolçular arasında Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatında ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bu Çempionlar Liqasının son qalibi “Vakıfbank Günəş TTelekom” (Türkiyə) komandasıdır.
Onlar yarımfinal matçında “Sollis Nestle”ni (Braziliya) 3:0 (25:19, 25:21, 25:19) hesabı ilə məğlub ediblər.
Qeyd edək ki, digər yarımfinal cütündə finala yüksəlmək uğrunda “Rabitə” (Azərbaycan) “Mirador”la (Dominikan Respublikası) mübarizə aparacaq. Bakı klubu qələbə qazanacağı halda, Çempionlar Liqasının həlledici görüşündəki məğlubiyyətin qisasını almaq üçün əla şans qazanacaq.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0