“Bu, bütün Azərbaycan xalqının qələbəsidir”
14.10.2011 - 23:00
“Biz ardıcıl 4 görüş keçirmişdik. Amma rəqibimizin istirahət üçün yaxşı vaxtı olmuşdu. Mən onların bundan yararlanacaqlarını düşünsəm də, türklər bizdən çox yorğun kimi görsənirdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə” voleybol klubunun baş məşqçisi Zoran Qayiç deyib.
Dohada keçirilən klublararası dünya çempionatında Bakı komandasına ilk cəhdəcə qızıl medal qazandıran serbiyalı mütəxəssis bildirib ki, bu Azərbaycan idmanı üçün yeni bir tarixdir: “Yetirmələrim həlledici matçda çox əla oynadılar. Onlara ancaq təşəkkür düşür. Bu zəfər tək bizim deyil, bütün Azərbaycan xalqının qələbəsidir. İnanıram ki, klubumuzun prezidenti də bundan çox şad olacaq”.
Qeyd edək ki, “Rabitə” finalda “Vakıfbank Günəş TTelekom”u məğlub etməklə, Çempionlar Liqasındakı məğlubiyyətin də qisasını alıb.

- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq
0
0