Azərbaycan dünyada 4-cü yerə yüksəldi
15.10.2011 - 12:33
Azərbaycan qadın voleybol klubları arasında dünya çempionatlarında qızıl medal qazanan 4-cü ölkə olub. Apasport.az saytının məlumatına görə, bu uğura Bakının “Rabitə” komandası imza atıb.
Voleybolçularımız Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalında “Vakıfbank Günəş TTelekom”a 3:0 hesabı ilə qalib gəlməklə, adlarını tarixə yazdırıblar. Onlar indiyə kimi baş tutan analoji yarışda çempion adını qazanan 5-ci komanda olublar.
Lakin qızıl medallardan 2-sinin sahibi (“Sadia”, “Leyte Moça Sorokaba”) Braziliya olduğundan “Rabitə” fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla, Azərbaycanı 4-cü edib.
Qeyd edək ki, digər çempionlar İtaliyanın “Ravenna” və Türkiyənin “Fənərbaxça” klublarıdır.

Ölkə | Qızıl | Gümüş | Bürünc | Cəmi | |
---|---|---|---|---|---|
1 | Braziliya | 2 | 3 | 2 | 7 |
2 | İtaliya | 1 | 1 | 1 | 3 |
3 | Türkiyə | 1 | 1 | 0 | 2 |
4 | Azərbaycan | 1 | 0 | 0 | 1 |
5–6 | Xorvatiya | 0 | 0 | 1 | 1 |
Rusiya | 0 | 0 | 1 | 1 | |
Cəmi | 5 | 5 | 5 | 15 |
0
0